futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Aston Villa”nın və İngiltərə milli komandasının hücumçusu Olli Uotkins klubunu dəyişmək üzrədir. Birmingem təmsilçisinin rəhbərliyi ilə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu 30 yaşlı forvardın transferi ilə bağlı prinsipial razılığa gəlib.
Futbolpress.az xəbər verir ki, bu barədə insayderi Saşa Tavolyeri məlumat paylaşıb.
Mənbənin sözlərinə görə, “Aston Villa” ulduz hücumçusunun ayrılığına yalnız onun yerini dolduracaq yeni futbolçu tapdıqdan sonra “yaşıl işıq” yandırıb. Birmingemlilərin Uotkinsin əvəzinə “Çelsi”nin forvardı Nikolas Ceksonun keçidini rəsmiləşdirəcəyi gözlənilir.
Olli Uotkins Səudiyyə Pro Liqası təmsilçisi ilə şəxsi müqavilə şərtlərini artıq razılaşdırıb. Sözləşməyə əsasən, təcrübəli hücumçunun illik məvacibi təxminən 15 milyon dollar təşkil edəcək. O, yaxın günlərdə tibbi müayinədən keçmək və rəsmi müqaviləyə imza atmaq üçün Ər-Riyada yola düşəcək.
Uotkins 2020-ci ildən şərəfini qoruduğu “Aston Villa”ya “Brentford”dan klub rekorduna imza ataraq 28 milyon funt-sterlinq qarşılığında keçmişdi.