Aston Villa və Borussiya üçün mövsüm bitti

16.04.2025

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına start verilib. Sport24.az xəbər verir ki, bununla da ilk 2 yarımfinalçının adına aydınlıq gəlib.

"Aston Villa" PSJ-ni 3:2 hesabı ilə məğlub etsə də iki oyunun nəticəsinə görə mərhələ adlayan tərəf Paris klubu olub.

Dortmun "Borussiya"sı isə "Barselona"nı məyus edib. Ancaq almanlar da ilk oyunda qeydə alınan nəticəyə görə yarımfinaldan kənarda qalıb. 

Qeyd edək ki, 1/2 finalda PSJ "Arsenal" (İngiltərə) - "Real" (İspaniya) cütünün qalibi, "Barselona" isə "Bavariya" (Almaniya) - "İnter" (İtaliya) duelinin qalibi ilə qarşılaşacaq.

"Aston Villa" (İngiltərə) - PSJ (Fransa) 3:2

Qollar: Tilmans, 34, Makginn, 55, Konsa, 58 - Hakimi, 11, Mendeş, 28

İlk oyun - 1:3

"Borussiya" (Dortmund, Almaniya) - "Barselona" (İspaniya) 3:1

Qollar: Girassi, 11-pen; 49, 76 - Bensebaini, 54-avtoqol

İlk oyun - 0:4

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью