Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
İngiltərə Premyer Liqasının 11-ci turunda “Aston Villa” öz meydanında “Bornmut”u qəbul edib.
QOL.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 4:0 hesabı ilə qələbəsi ilə başa çatıb. Hesabı 28-ci dəqiqədə Emiliano Buendiya açıb. 40-cı dəqiqədə Amadu Onana üstünlüyü artırıb. 77-ci dəqiqədə Ross Barkli, 83-cü dəqiqədə isə Doniyell Malen fərqlənərək qələbəni rəsmiləşdiriblər.
Qeyd edək ki, hazırda “Aston Villa” 18 xalla turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. “Bornmut” da eyni xalla 9-cu sıradadır.