“Aston Villa”dan iki transfer RƏSMİ

19.08.2026

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İngiltərənin “Aston Villa” klubu heyətini iki yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Matteo Ruceri və Zion Suzukinin transferini rəsmən açıqlayıb.

İtaliyalı müdafiəçi İspaniyanın “Atletiko” klubundan, Yaponiya millisinin qapıçısı isə İtaliyanın “Parma” komandasından transfer olunub.

Daha əvvəl yayılan məlumatlara görə, “Aston Villa” Ruceri üçün 25 milyon avro və 1,5 milyon avro bonus, Suzuki üçün isə 30 milyon avro və əlavə 5 milyon avro bonus ödəyəcək.

Qeyd edək ki, Suzuki daha əvvəl Fransanın PSJ klubuna keçməyə yaxın olsa da, transfer baş tutmayıb.

Rodri rəsmən “Barselona”da Bundesliqa klubundan 2 yeni transfer - FOTO Dünya çempionu Fransa klubunda “Tottenhem”dən “Yuventus”a - Rəsmi Seneqal millisinin yeni baş məşqçisi bəlli oldu
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью