Astroloqdan xəbərdarlıq: “Başlayır, ehtiyatlı olun”

27.04.2025

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yaxın günlərdə  xəsarət və qarşıdurma riskinin olacağı proqnozlaşdırılır.

Belə ki, aprelin 27-də Buğa bürcündə yeni ay dağıdıcı olacaq. 

“Cebheinfo.az” xəbər verir ki, astroloq Mila Venetsianskaya bunun insanları nə ilə təhdid etdiyindən danışıb.

Onun sözlərinə görə, yeni aydan əvvəlki və sonrakı günlərdə xəsarət və müxtəlif münaqişələr riski artacaq. O, “Moskva 24” telekanalı ilə söhbətində  “Pluton və Marsın Ay və Günəşin birləşməsinə təsiri ilə əlaqədar olaraq gərginlik yaranacaq”,- deyib. Münəccim insanların müxtəlif səbəblərdən – nəyəsə kifayət qədər səy göstərməməkdən tutmuş şəxsi sərhədləri pozmağa kimi mübahisə edəcəyini proqnozlaşdırıb.

Venetsianskaya qeyd edib ki, yeni ay zamanı diqqətsizlik və ya nümayişkaranə davranış, eləcə də canlı təəssüratlar qazanmaq istəyi səbəbindən zədələnmə ehtimalı artır.

Problemlərin qarşısını almaq üçün astroloq ruslara hər hansı fiziki işi və ya fəaliyyəti məhdudlaşdırmağı, oddan, isti və kəskin əşyalardan istifadə edərkən son dərəcə diqqətli olmağı tövsiyə edib.

Xəzər
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью