Astroloqdan xəbərdarlıq: Qarşıdakı 4 gün ərzində...

19.06.2025

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyəli astroloq Dinçer Güner qarşıdakı 4 günlə bağlı xəbərdarlıq edib.

News24.az xəbər verir ki, astroloqun sözlərinə görə, Mars ilə Yupiter arasında sekstil bucaq yaranacaq və bunun təsiri 4 gün sürəcək.

Güner sözügedən dövrün şans və uğur gətirə biləcəyini söyləyib:

"Bu dövr enerji və motivasiyanın yüksəlməsinə, uğur şansının artmasına və müsbət imkanların ortaya çıxmasına işarə edir. Məqsədlərinizə çatmaq üçün daha çox istək və cəsarət göstərə bilərsiniz. İrəliləmək üçün qarşınıza yeni qapılar aça bilər. Bu, təşəbbüskar ruhunuzu və cəsarətinizi dəstəkləyir. Risk götürməkdən və böyük layihələrə imza atmaqdan çəkinməyə bilərsiniz. İdmanda və fiziki fəaliyyətdə uğur şansı arta bilər. İdmana başlamaq üçün ideal zamandır. Bu, həm də ticarətlə məşğul olmaq üçün əlverişli zamandır. Xaricdəki işlərinizi də qaydasına sala bilərsiniz"./publika

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью