Astronavtlar yaşadıqları dəhşətli anları danışdılar: Geri dönə bilməyəcəyimizdən qorxduq |…
Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir. "Boeing"in "Starliner" kosmik aparatı ilə ötən il Beynəlxalq Kosmik Stansiyaya (I
Sfera.az xəbər verir ki, onların missiyası cəmi 8 gün üçün planlaşdırılmışdı.
Lakin "Starliner" aparatında yaranan texniki nasazlıq səbəbilə onlar təxminən 10 aya yaxın ISS-də qalıblar.
Astronavtlar açıqlamalarında kosmik stansiyaya yaxınlaşarkən aparatın idarəetməsində ciddi nasazlıq baş verdiyini anlayıblar.
Uilmorun sözlərinə görə, o, "Starliner"i əl ilə idarə etməyə çalışarkən dörd əsas itici mühərrik sıradan çıxıb və bunun nəticəsində aparatı istiqamətləndirmək mümkün olmayıb.
“Butun nəzarəti itirdiyimi düşündüm. O an dünyaya geri dönə bilməyəcəyimizdən qorxdum”, – deyə Uilmor yaşadığı qorxunc anları bölüşüb.
Sunita Uilyams isə bildirib ki, mühərriklərin niyə işləmədiyini anlamayıblar və problemi necə həll edəcəkləri barədə heç bir təsəvvürləri olmayıb.
NASA-nın müdaxiləsi ilə mühərriklər yenidən işə salınıb və "Starliner" ISS-yə uğurla birləşdirilib.
Tam oxu
Xəbəri oxu