Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İyunun 7–13-dək Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatı keçiriləcək.
“Qafqazinfo” xəbər veirr ki, iki ildən bir keçirilən turnirdə Asiya, Avropa, Afrika və Cənubi Amerikanı təmsil edən ölkələrin milli komandaları iştirak edəcək.
Çempionatda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Polşa, Nigeriya, Niger, Çili, Uruqvay və Küveyt komandaları mübarizə aparacaq.
Qeyd edək ki, finalda 10 komandadan yalnız biri qalib gələcək.