Ata 39 ildir yataq xəstəsi olan övladı üçün kömək istəyir... Video

11.09.2026

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Mingəçevir sakini Əlisa Hüseynov 40 yaşlı övladı Zakir Hüseynovun 39 ildir yataq xəstəsi olduğunu bildirir.
Yeniavaz.com
-a danışan ata deyir ki, 1987-ci ildə həkimin yol verdiyi xəta övladının səhhətində sağalmaz yaralar açıb və onu ömürlük yatağa məhkum edib.
Ə. Hüseynovun sözlərinə görə, həyat yoldaşı da bu ağır dərdi götürə bilməyərək bir neçə il bundan öncə dünyasını dəyişib.
O imkansızlıq səbəbilə əlil arabasını ı yenisi ilə əvəz edə bilmədiyini deyir və imkanlı şəxslərdən kömək istəyir.
Əlaqə nömrəsi: 055 661 80 97

Bu gönderiyi Instagram'da gör

Yeniavaz.com (@yeniavaz_com)'in paylaştığı bir gönderi


Esmira Hidayətova, Mingəçevir
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью