Icma.az bildirir, Lent az portalına istinadən. Atası tərəfindən itkin düşdüyü bildirilən 9 yaşlı kanadalı qızın cəsədi ABŞ-ın Nyu-York ştatı
Lent.az xarici mediaya istinadla bildirir ki, 45 yaşlı Luçano Frattolin öz qızı Melina Frattolinin qətlində və cəsədini gizlətməkdə ittiham
Kanadalı kişi özünü günahkar saymadığını bildirib və hazırda dairə həbsxanasında saxlanılır.
Frattolin şənbə axşamı 911 təcili yardım xidmətinə zəng edərək qızının itkin düşdüyünü bildirib.
Daha sonra o, polisə deyib ki, guya iki naməlum kişi qızını zorla ağ rəngli bir maşına mindiriblər.
Polis həyəcan siqnalı verərək itkin düşmüş qızcığazın axtarışında ictimaiyyətdən kömək istəyib.
Lakin əməliyyatçılar atanın ifadələrində uyğunsuzluqlar aşkar ediblər və qızın oğurlandığına dair heç bir sübut olmayıb.
Ştatın meşə mühafizəçiləri qızın cəsədini Tikonderoqanın meşələrindəki bir gölün dayaz hissəsində tapıblar.