Ata Abdullayevin anası və arvadı Ombudsmandan kömək istədi

16.07.2025

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Həbsdə olan Ata Abdullayevin anası və Amerika vətəndaşı olan arvadı Ombudsman Aparatında olublar. Onlar Ata Abdullayevin çəkilməmiş cəzasını çəkmədən vaxtından əvvəl həbsdən azad edilməsini istəyiblər.

Yenisabah.az ajans.az-a istinadla xəbər verir ki, Abdullayevin anası Şəhla Yusifova və arvadı Emmori buna əsas kimi məhbusun bu günə qədər bütün qaydalara əməl etməsini əsas gətiriblər.

Xatırladaq ki, Ata Abdullayev 2019-cu ildə Amerika vətəndaşı və iş qadını Emmori ilə ailə həyatı qurub.  Pepperoni pizza

Şəhla Yusifova isə 2022-ci ilin əvvəlində yaşadığı Nəsimi rayonundakı “Çayxana” adlə ərazidə həbs edilib və insan alverində ittiham edilib.

Ata Abdullayevin özünü DTX əməkdaşları 2021-ci ilin mart ayında saxlayıb. Elə həmin il barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə 7 il azadlıqdan məhrum edilmə qərarı çıxarılıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью