Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq. Cəlilabadda xuliqanlıq edən şəxs həbs edilib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Kazımabad kəndində baş verib.
Kənd sakini 1980-ci il təvəllüdlü S.Mehdiyev (şərti) yüksək səslə təhqiredici ifadələr işlətdiyinə görə saxlanılıb.
Məlum olub ki, o, sərxoş halda doğma anası ilə atasını söyərək təhqir edirmiş.
İctimai asayişi pozan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.
Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə 45 yaşlı kişi 5 sutkalıq inzibati həbs edilib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.