Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyəli aktyor Ata Demirer 30 kiloqram arıqlamasının sirrini açıqlayıb.
Axşam.az xəbər verir ki, aktyor arıqlamaq üçün iynələrdən istifadə etmədiyini bildirib. O, qidalanma rejimini dəyişdirdiyini, idmanla məşğul olduğunu və insulin müqavimətini nəzarətdə saxladığını deyib:
"İynələrlə işim olmaz. Günorta və axşam çörək yemirəm. İdman edirəm. İnsulin müqavimətimi yoxlatdırıram və onu aradan qaldırmaq üçün müalicə alıram. Pəhriz ömür boyu davam edəcək. Bu, altı və ya doqquz aylıq bir şey deyil. Elə buna görə də əvvəllər çəki alıb-verirdim. Həyat tərzimi dəyişdim".