Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Avstraliyanın Tasmaniya əyalətində 2012-ci ildə baş verən dəhşətli hadisə illər sonra ortaya çıxan yeni təfərrüatlarla yenidən gündəmə gəlib.
“Cebheinfo.az” xəbər verir ki, Pol Konnelli adlı ata boşandığı həyat yoldaşı Elisondan qisas almaq məqsədilə iki azyaşlı oğlunu öldürməyə cəhd edib. Konnelli uşaqlarına “maşında piknik edəcəyik” deyərək onları avtomobilə mindirib.
Daha sonra avtomobilin içərisinə iki qaz balonu yerləşdirərək böyük partlayış törədib. Hadisə zamanı 5 yaşlı Spenser Konneli və onun 8 yaşlı qardaşı Fleçer ağır yaralanıb. İllər sonra Spenser yaşadığı dəhşəti və hadisədən sonra həyatının necə dəyişdiyini danışıb.
Belə ki, həmin gün Pol Konnelli oğullarını məktəbdən və bağçadan götürdükdən sonra onlarla birlikdə Tasmaniyadakı ailə evinə gedib. Ata uşaqlara avtomobildə yemək yeyəcəklərini deyib. “Maşında piknik edəcəyik” söyləyərək oğullarını avtomobilə mindirib.
Uşaqlar yemək yeyərkən Konnelli evin aşağı hissəsinə gedərək bəzi əşyaları çıxarıb və onları avtomobilin baqajına yerləşdirib. Daha sonra sükan arxasına keçib. Spenserin illər sonra verdiyi açıqlamaya görə, qısa müddət sonra avtomobilin arxa hissəsindən qəribə “fısıltı” səsi gəlib.
Fleçer səsin mənbəyini atasından soruşub. Konnelli isə uşaqlara bunun avtomobildən gələn yeni səs olduğunu deyib. Bir neçə dəqiqə sonra Konnelli siqaret yandırmaq üçün alışqandan istifadə edib. Həmin anda avtomobilin içərisində güclü partlayış baş verib. Məhkəmədə təqdim olunan sübutlar hadisənin qəza olmadığını ortaya qoyub.
Konnellinin avtomobilə iki qaz balonu yerləşdirdiyi, balonların ventillərini açdığı və daha sonra alışqandan istifadə edərək qazı alovlandırdığı müəyyən edilib. Partlayışdan sonra Spenser təhlükəsizlik kəmərini açaraq avtomobilin ön hissəsinə keçib və sərnişin qapısından çölə çıxmağı bacarıb. Atası da həmin vaxt avtomobildən çıxıb.
Spenser çölə çıxanda qardaşı Fleçerin hələ də alovlar içində olduğunu görüb. Spenser həmin dəhşətli anı belə xatırlayıb:
“Mənə baxanda üzü əriyirdi, açıq qəhvəyi saçları tamamilə yanmışdı”. Alovlar Spenserin də üzünü, qollarını və ayaqlarını bürüyüb. Lakin ağır yaralanan Fleçer buna baxmayaraq qardaşına kömək etməyə çalışıb. O, Spenseri yerə uzadaraq otların üzərində yuvarlanmasına kömək edib və alovu söndürməyə çalışıb.
İki qardaş daha sonra evin yanındakı qapıya çatmaq üçün qaçıb. Lakin qapının kilidli olduğunu görüblər. Partlayış səsini eşidən qonşular qısa müddətdə hadisə yerinə gəlib.
Bağçanın hasarından aşaraq uşaqların köməyinə çatan qonşular təcili tibbi yardım əməkdaşları gələnədək yaralı qardaşların yanında qalıblar. Tibb işçiləri hadisə yerində Spenserin paltarlarını kəsərək çıxarıb və yanıqlarına ilkin müdaxilə ediblər.
Vəziyyətləri ağır olan iki qardaş hava yolu ilə Melburndakı Royal Children’s Hospital xəstəxanasına aparılıb. Spenserin bədəninin 30 faizi, Fleçerin isə 28 faizi yanıb. Spenserin uşaq müalicə zamanı iki həftə komada qalıb.
Oyandıqda bədəninin tamamilə sarğılarla örtüldüyünü deyən Spenser anasının başının üstündə olduğunu, qardaşının da eyni xəstəxanada müalicə olunduğunu bildirib. İki qardaşın müalicəsi uzun illər davam edib.
Onlar ümumilikdə 25 əməliyyat keçirib və dəfələrlə dəri transplantasiyasına məruz qalıblar. Hadisədən sonra aparılan istintaq və məhkəmə araşdırması zamanı Konnellinin uşaqlarını öldürmək məqsədilə hərəkət etdiyi müəyyən edilib. Pol Konnelli iki ayrı qəsdən adam öldürməyə cəhd ittihamı üzrə təxminən bir saat ərzində təqsirli bilib. O, 20 il müddətinə azadlıqdan məhrum edilib.
Əfsanə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin