Ata ilə oğlunun ölümünə səbəb olan leytenanta Bu cəza verildi | Icma.az
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir. İmişli rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş FH
“Qafqazinfo” xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə rayon sakini 2001-ci il təvəllüdlü Allahverən Şükürova
Bildirilib ki, “Mercedes” markalı avtomobillə motosikleti vuran və ata ilə oğlunun ölümünə səbəb olan sürücü Fövqəladə Hallar Nazirliyi Muğa
Daxili xidmət leytenantı olan Allahverən işə bir neçə ay əvvəl düzəlibmiş.
Onun idarə etdiyi avtomobil İmişli rayonu ərazisində motosikletə çırpılıb və nəticədə nəqliyyat vasitəsində olan sərnişin Kazım İbişov və atası Mübariz İbişov aldıqları xəsarətlərdən həlak olublar.
Məhkəmədə mərhum şəxslərin ailə üzvləri sürücüdən şikayətçi olmadıqlarını bildiriblər.
Müvafiq hökmlə Allahverən Şükürov Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib.
Ona 4 il sürücülük hüququndan məhrum edilməklə 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Tam oxu
Xəbəri oxu