Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın Orenburq vilayətində 22 yaşlı kişi azyaşlı oğlunu qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.
İstintaqın məlumatına görə, hadisə noyabrın 3-də baş verib. Şübhəli şəxsin körpənin tənəffüs yolunu bağladığı və bunun nəticəsində uşağın öldüyü bildirilir.
Faktla bağlı yetkinlik yaşına çatmayan şəxsin qətli maddəsi ilə cinayət işi açılıb. Uşağın anası da cinayətdə iştirak etməkdə şübhəli bilinir.
Müstəntiqlər hadisə yerində araşdırma aparıb, bir sıra ekspertizalar təyin ediblər. Kişi isə saxlanılıb.
Qeyd edək ki, uşağın anası daha əvvəl də ağır cinayətdə şübhəli bilinib. O, oktyabrın 29-da kirayə mənzilin vanna otağında qız uşağı dünyaya gətirdikdən sonra körpəyə azı 16 bıçaq zərbəsi vuraraq onu öldürməkdə ittiham olunub. Daha sonra körpənin cəsədini dəsmala bükərək yaxınlıqdakı zibil qutusuna atdığı bildirilir.
Murad İsmayıl