Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gürcüstan-Azərbaycan sərhədində Türkiyəyə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində şəhid olan Hava Təyyarə Texniki Baş Çavuş Emre Altıokun ailəsinə acı xəbər verilib.
Redaktor.az bu barədə Türkiyə KİV-ə istinadla xəbər verir.
Şəhidin anası Gülay Altıok və atası İsa Altıok, oğullarının şəhid olduğu xəbərini hərbi nümayəndələrdən alıblar. Eyni zamanda, bildirilir ki, şəhidin həyat yoldaşı hamilədir və ona xəbər tibb işçilərinin müşayiəti ilə xəbər çatdırılıb.
Şəhidin ailəsinin yaşadığı evə və küçəyə Türkiyə bayraqları asılıb.
Qəzanın səbəbi ilə bağlı araşdırmalar davam edir.
Nuriyyə NATİQQIZI