Ata oldu FOTOlar

03.05.2025

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

"Red Bull" komandasının pilotu, "Formula-1" üzrə dördqat çempion Maks Ferstappen ata olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o bu barədə instaqram hesabında paylaşım edib.

O, sevgilisi Kelli Pike və yeni doğulmuş qızı ilə birgə fotosunu yayımlayıb.

"Dünyaya xoş gəldin, balaca Lili. Ürəklərimiz heç vaxt olmadığı qədər doludur - sən bizim ən böyük hədiyyəmizsən. Səni çox sevirik", - Ferstappen yazıb.

Qeyd edək ki, Kelli "Formula-1"in üçqat çempionu Nelson Pikenin qızıdır. Cütlük 2020-ci ildən bəri birlikdədir.

Kelli 2017-2019-cu illərdə rusiyalı pilot Danil Kyvat ilə görüşüb və 2019-cu ilin iyul ayında ondan Penelopa adlı qızı olub.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью