Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Anası tərəfindən ağır fiziki zorakılığa məruz qalmış azyaşlı Mələk valideynindən alınaraq "Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdindəki Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilib.Sosial şəbəkələrdə yayılan görüntünü 2002-ci il təvəllüdlü ana Fatimə Ramazanova özü çəkib.
Görüntüdə Mələk bir ayağı üstə küncə qoyulmuş vəziyyətdədir, döyülmüş azyaşlının bədənində salamat yer qalmadığını ana özü də etiraf edir.Suraxanı rayonunda övladına amansız işgəncə verən Fatimə Ramazanova ötən gün həbs olunub.
Faktla bağlı cinayət işi başlanıb.Daha sonra azyaşlıya körpəlikdən qəyyumluq edən ailənin də olduğu aşkarlanıb.
Cəmilə Nəsirova adlı bir xanım 2021-ci il təvəllüdlü Mələyin 1 yaş 4 aylığından 2024-cü ilin dekabrına qədər ona qəyyumluq edib.
Dediyinə görə, gözəllik salonlarından birində çalışan ustadan eşidib ki, Fatimə övladına baxmaq üçün ailə axtarır, o da anaya müraciət edərək uşağı qəyyumluğa götürüb.
Amma qəyyumluq rəsmən sənədləşməyib. Fatimə Ramazanova ötən ilin dekabrında uşağı Nəsirovlar ailəsindən geri alıb.Azyaşlının ancaq bir valid
Hazırda Mələyin durumu necədi? O həkim müayinəsindən keçibmi? Müalicə alacaqmı? Bundan sonrakı mərhələdə Mələyin taleyi necə olacaq?