Ata və 8 yaşlı oğlu qəzada öldü

06.12.2024

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünən Beyləqan rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, saat 19:20 radələrində Emin Həziyevin idarə etdiyi “VAZ 21214 Urban” markalı avtomobillə Elmidar Qafarovun sürdüyü “QAZ 33 0210” toqquşub.

Nəticədə E.Həziyev hadisə yerində, avtomobildə olan 8 yaşlı oğlu Rəvan isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında ölüb. Digər sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanmaqla istintaq aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью