Ata və oğul 20 ay fərqlə Məkkədə vəfat etdi FOTO

24.10.2026

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, Antalyanın Döşemealtı rayonunda yaşayan Ali Gökmen 2025-ci il fevralın 18-də oğlu Turan Gökmenlə birlikdə ümrə ziyarətinə yollanıb. Ziyarət zamanı halı pisləşən Turan Gökmen vəfat edib və atasının iştirakı ilə Səudiyyə Ərəbistanının Məkkə şəhərində dəfn olunub.

Oğlunun dəfnindən sonra Türkiyəyə qayıdan Ali Gökmen bu il yenidən ümrə ziyarətinə gedib. O, oktyabrın 22-də oğlunun Məkkədəki məzarını ziyarət edərkən halı pisləşərək vəfat edib.

Məlumata görə, Ali Gökmen bu gün Məkkədə dəfn olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью