Ata yuxuda olarkən bilmədən körpəsini öldürdü Məhkəmədən hökm

26.11.2026

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Rusiyanın Yekaterinburq şəhərində bir aylıq körpəsinin ölümünə səbəb olan ata məhkəmə qarşısına çıxarılıb.

Milli.Az xəbər verir ki, hadisə avqustun əvvəlində baş verib. Məlumata görə, 2001-ci il təvəllüdlü kişi gecə yatarkən körpəsini beşiyə deyil, özü ilə həyat yoldaşının arasında, çarpayıya uzadıb.

Yuxuda olarkən ehtiyatsızlıqdan uşağın üzərinə basan ata onun nəfəs yollarının bağlanmasına səbəb olub. Nəticədə körpə boğularaq ölüb.

Hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 109-cu maddəsinin 1-ci hissəsi (ehtiyatsızlıqdan ölümə səbəb olma) ilə cinayət işi başlanıb.

Çkalovski Rayon Məhkəməsi işin materiallarını araşdırdıqdan sonra kişini təqsirli bilib. Məhkəmənin hökmü ilə ona bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью