Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Çində 8 aylıq körpəsi ilə gecə reysi ilə səyahət edən Çen Lyulyanq adlı ata övladının uçuş zamanı ağlama ehtimalını nəzərə alaraq digər sərnişinlərə qarşı həssas davranış göstərib. O, bu həssas münasibətilə rəğbət qazanıb.
“Cebheinfo.az” xəbər verir ki, Hubey əyalətindən Quansiyə həyata keçirilən gecə reysi öncəsi Çen 100-dən çox qulaq tıxacı alıb. Təyyarədə onları sərnişinlərə paylayan ata əvvəlcədən mümkün narahatlığa görə üzr istəyib.
“Hazırda körpəm yatır. Ancaq qalxış və eniş zamanı ağlaya bilər. Buna görə üzr istəyirəm. Ehtiyacı olanlar üçün qulaq tıxacları hazırlamışam”, – deyə o bildirib.
Bəzi sərnişinlər isə körpənin ağlamasının onlar üçün problem yaratmayacağını bildirərək qulaq tıxaclarını qəbul etməyiblər.
Çen uçuş zamanı ümumilikdə 30 cüt qulaq tıxacı paylayıb, qalanlarını isə təyyarə heyətinə təhvil verib. Maraqlıdır ki, 8 aylıq körpə bütün uçuş boyu heç ağlamayıb.
Əfsanə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin