Atalanta Elmasın transferini açıqladı

23.08.2026

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Atalanta" klubu "Leypsiq"in oyunçusu Elif Elması transfer etdiyini rəsmən açıqlayıb. 

Fanat.Az xəbər verir ki, 26 yaşlı makedoniyalı futbolçu Berqamasko klubuna icarə əsasında keçib.

Futbolçu karyerasına vətənində "Rabotniçki"də başlayıb, oradan Türkiyənin "Fənərbağça" klubuna, 2019-cu ildə isə "Napoli" yə keçib. Elmas neapollularla bir sıra kuboklar, o cümlədən İtaliya çempionluğu qazanıb.

2024-cü ilin yanvar ayında Elmas "Leypsiq"ə transfer olunub. O, ötən mövsümü icarə əsasında "Napoli" klubunda keçirib (44 oyun, 1 qol, 4 məhsuldar ötürmə).

Elmas Şimali Makedoniya millisində debütünü 2017-ci ilin iyun ayında edib. O, 79 oyunda iştirak edib və 13 qol vurub. "Transfermarkt"-a görə, yarımmüdafiəçinin bazar dəyəri 13 milyon avrodur.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью