“Atalanta” hücumçu üçün danışıq aparır

19.08.2025

Idmanxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Atalanta” “Leççe”nin hücumçusu Nikola Krstoviçin transferini nəzərdən keçirir.

İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı futbolçu ilə bağlı danışıqlar davam edir.

2024/25 mövsümündə Krstoviç bütün yarışlarda “Leççe”nin heyətində 38 matçda 12 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

“Transfermarkt” futbolçunun transfer dəyərini 15 milyon avro qiymətləndirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью