Atalanta ilə görüşdə fərqlənən Kilian Mbappe adını Çempionlar Liqasının tarixinə yazdırıb

11.12.2024

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Real Madrid"in hücumçusu Kilian Mbappe Çempionlar Liqasının tarixinə düşüb.

Oxu.Az xəbər verir ki, o, turnirin təsnifat mərhələsi nəzərə alınmadan 50 qol həddinə çatan doqquzuncu futbolçu olub.

25 yaşlı forvard turnirin VI turunda "Atalanta" ilə oyunda fərqlənməyi bacarıb. Mbappe "Real Madrid"dən əvvəl "Monako" və PSJ-nin heyətində Çempionlar Liqasının əsas mərhələsində fərqlənib.

O, turnirin ümumi qol sayında Filippo İnzaqi və Məhəmməd Salahla 10-12-ci yerləri bölüşür.

Qeyd edək ki, 10-cu dəqiqədə hesabı açan Mbappe 36-cı dəqiqədə zədələnərək meydanı tərk edib.

Çempionlar Liqasının bombardirləri (təsnifat mərhələsi nəzərə alınmadan):

140: Kriştianu Ronaldu ("Mançester Yunayted", "Real Madrid", "Yuventus")

129: Lionel Messi ("Barselona", PSJ)

101: Robert Levandovski ("Borussiya Dortmund", "Bavariya", "Barselona")

90: Kərim Benzema ("Lion", "Real Madrid")

71: Raul Qonsales ("Real Madrid", "Şalke")

60: Ruud van Nistelroy (PSV, "Mançester Yunayted", "Real Madrid")

54: Tomas Müller ("Bavariya")

51: Tyerri Anri ("Monako", "Arsenal", "Barselona")

50: Kilian Mbappe ("Monako", PSJ, "Real Madrid")

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью