Atalanta lı 7 il sonra İmmobilenin uğurunu təkrarlayıb

09.02.2025

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İtaliya A Seriyasının XXIV turu davam edir.

Apasport.az xəbər verir ki, bu turda "Atalanta" "Verona"nı 5 qolla darmadağın edib.

Cari mövsümdə “Atalanta”nın ən uğurlu hücumçusu Mateo Reteqi bu qarşılaşmada 4 qola imza atıb. 

Beləliklə, Reteqi son 7 ildə A Seriyasında 4 qol vuran ilk italiyalı oldu.

Sonuncu dəfə 2018-ci ilin yanvarında "Latsio"nun SPAL-a qarşı oyununda Ciro İmmobile 4 dəfə rəqib qapısına yol tapmışdı.

Reteqi həm də cari İtaliya çempionatı mövsümündə 20 qol həddinə çatan ilk oyunçudur. O, bu nəticə ilə hazırda A Seriyasının bombardiridir. 

Abubakar I Liqa yolunda “Qalatasaray” özəl formasını təqdim etdi - FOTO “Milan” Feliksi buraxmaq istəmir Saliba “Real”ın əsas hədəfidir “Vulverhempton” Kunyanın qiymətini təyin etdi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью