Atalanta onunla razılaşdı

06.06.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

"Atalanta" baş məşqçi vəzifəsi üçün razılıq əldə edib. 

QOL.az xəbər verir ki, bu barədə insayder Matteo Moretto məlumat yayıb. 

Berqamo klubunu İvan Yuriç çalışdıracaq. Onunla 2027-ci ilin yayına qədər müqavilə imzalanacaq. 

Qeyd edək ki, İvan Yuriçin son iş yeri "Sauthempton" olub. O, İngiltərə klubunu bu ilin aprelində tərk edib. 

Daha öncə mətbuatda "Atalanta"nın hazırkı baş məşqçisi Can Pyero Qasperinin "Roma" ilə anlaşması ilə bağlı xəbərlər yayılmışdı. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью