“Atalanta” “Qalatasaray”ın futbolçusunu transfer edir İdmanXəbər

27.12.2024

Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Atalanta” “Qalatasaray”dan icarəyə götürdüyü Nikolo Zanyolonu transfer edəcək.

İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı futbolçunun performansı məşqçilər heyətini qane edir. “Atalanta” oyunçuya qarşılıq Qalatasaray”a 15,5 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Nikolo Zanyolo “Atalanta”nın heyətində keçirdiyi 17 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью