Atalantanın hücumçusundan unikal nəticə ÇL tarixində bunu bacaran olmamışdı

27.11.2024

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Atalanta"nın hücumçusu Çarlz De Ketelare Çempionlar Liqasında unikal göstəriciyə imza atıb. 

Fanat.Az xəbər verir ki, 23 yaşlı belçikalı bunu İsveçrə klubu “Yanq Boyz”u 6:1 hesabı ilə məğlub etdikləri görüşdə reallaşdırıb. 

O, darmadağında iki qol və üç məhsuldar ötürmə ilə əsas pay sahibi olub. "Opta"-nın məlumatına görə, Ketelereyə qədər İtaliya komandalarından heç birinin oyunçusu bir ÇL matçında 5 qolun iştirakçısı olmayıb. 

Qeyd edək ki, Çarlz De Ketelare bu mövsüm "Atalanta"nın heyətində bütün turnirlərdə 18 oyun keçirib, 4 qol vurub, 9 məhsuldar ötürmə edib.

Mirağa

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью