Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Atalar yaxşı deyiblər, qonşu iti, qonşuya hürməz...
Ancaq bu fikir yəqin ki, köhnə qonşulara aid imiş. Əks halda, Azərbaycanın cənub qonşusundan gələn səsləri necə əsaslandıra bilərik ki...
Bəli, ataların deyimi ilə əsaslandırsaq, cənub qonşumuz İranda qonşunun nəinki özünə, hətta itinə belə yaraşmayacaq hallar müşahidə olunur.
Xüsusən mollaların timsalında. Ötən ilin dekabrında Ərdəbilin imamcüməsi Həsən Amulinin tutduğu yolla indi də Qəzvin şəhərinin cümə imamı Əb
Ancaq bəllidir ki, bu yol deyil, kiminsə tərəfindən məqsədli şəkildə cızılmış bir cığırdır.
İran molları hər şeyi bildiklərini düşünürlər, ancaq bilmədikləri bir çox şey var və onlar bundan xəbərsizdirlər.
Amuli, Abedini kimi siyasi fikirlər səsləndirən siyasət cahilləri hədlərini bilmirlər.
Amma ataların onlar üçün bu yerdə də gözəl bir sözü var: həddini bilməyənə həddini qandırarlar.