Ataları Rusiyada işləyir... Foto

02.02.2026

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, ötən gün Cəlilabadda 12 və 14 yaşlı qardaş-bacıya əmiləri tərəfindən balta xəsarəti yetirilib.

Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsalar da, 2012-ci il təvəllüdlü Həqiqət Musa qızı Nağıyevanın həyatını xilas etmək mümkün olmayıb. 49 yaşlı Ə.Nağıyev saxlanılaraq istintaqa təhvil verilib.

“Qafqazinfo”nun məlumatına görə, sözügedən uşaqların atası Rusiyada işləyir.

Bildirilib ki, ailə təsərrüfat işləri ilə məşğul olur, zəhmətlə dolanırmış. Hər iki yeniyetmə tarlaya, kartof əkininə gedirmiş.

Surxay Şahbazov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью