Atalığım prioritetdir Machine Gun Kelly mükafat mərasimini qızına görə yarımçıq qoydu | Ic…
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır. Məşhur amerikalı reper Machine Gun Kelly ailəsinə görə nüfuzlu tədbirdə iştirakdan i
O, Las-Veqasda keçirilən "American Music Awards" mərasiminin qırmızı xalısında görünsə də, xəstələnən körpəsinə görə tədbirdən erkən ayrılıb
Oxu.Az xəbər verir ki, bu barədə "E!News" nəşri məlumat yayıb.
Reper jurnalistlərə açıqlamasında bildirib ki, qızı qızdırmalıdır və onun yanında olmaq istədiyi üçün mükafat mərasimində iştirak etməyəcək: "Onun bir az hərarəti var.
Mən sadəcə qırmızı xalıdan keçəcəyəm və öz vəzifəmə - atalığa qayıdacağam.
Ona sevgimi verib tez sağalması üçün dua edəcəyəm", - deyə ifaçı bildirib.
Machine Gun Kelly, həmçinin əlavə edib ki, atalıq onun həyatda ən vacib vəzifəsidir və bu prioritetin sənətdən belə önə keçə bildiyini vurğulayıb.
Qeyd edək ki, Machine Gun Kelly və aktrisa Meqan Foksun bir müddət əvvəl qızları olub.
Tam oxu
Xəbəri oxu