Axsham.az saytına istinadən Icma.az xəbər verir.
Müğənni Aysel Əlizadə atası Sahib müəllimin 20 Yanvar faciəsində yaralanmasından danışıb.
Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Xəzər axşamı" proqramında söz açıb. O bildirib ki, atası tankı vurmaq istəyəndə yaralanıb:
"Həmin vaxt hələ dünyaya gəlməmişdim, anamın bətnində 6 aylıq idim. Anamın yaşadığı həmin həyəcan mənim ürəyimdə qalmışdı. Doğulanda ürəyimdə problem olub. Müharibə vaxtı atam evdən butulka götürüb ki, tanka atsın. Tanka atmaq istəyəndə silahla atamı vurublar".