Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tanınmış rusiyalı müğənni Stas Mixaylov Xalq artisti Emin Ağalarovun suallarını cavablandırıb.
Axşam.az xəbər verir ki, E.Ağalarovun yutubda layihəsinin qonağı olan sənətçi atasının azərbaycanlı olduğunu açıqlayıb. O, köklərinin Şamaxıdan olduğunu bildirib.
Stas Mixaylov atasının Azərbaycan dilində danışa bildiyini də söyləyib. Müğənni babasının məzarının Sumqayıtda olduğunu və onu dəfələrlə ziyarət etdiyini qeyd edib:
“Atamın atası azərbaycanlıdır, rus xanımla evlənib. Mənim də anam rusdur. Babamın məzarı Sumqayıtdadır. Onu neçə dəfə ziyarət etmişəm. Bu dəfə isə övladlarımı gətirdim ki, onlar da ziyarət etsin”.