“Atam babamın taleyini yaşadı...” Milli Qəhrəmanın qızı | Icma.az
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. “Bu gün 5 qız övladından sonra Allahın ən gözəl payı qismət olub.
Teymur babamın, Zümrüd nənəmin ailəsində adına neçə qurban deyilib”.
Bunu Redaktor.az-a açıqlamasında bu gün doğum günü olan Milli Qəhrəman Allahverdi Bağırovun qızı, Dövlət Sərhəd Xidmətinin Tibb xidməti kapitanı Aynur Bağırova deyib.
O, atasının babasının taleyini yaşadığını bildirib: “Atama 1918-20-ci illərdə qəhrəmanlıqla döyüşüb həlak olan Allahverdi babasının adı verilib.
Atam da bu igid babasının taleyini yaşadı və bütün xalqımızın yaddaşında əbədi iz qoydu”.
A.Bağırova atası şəhid olan zaman 8 yaşında olduğunu deyib: “Atam şəhid olanda mənim 8, Zümrüdün isə 6 yaşı vardı .
Müharibədən əvvəl də o sözübütöv, cəsur, haqqı nahaqqa verməyən, kasıba əl tutan, Ağdamı çox sevən bir insan olub.
Məhz elə vətənpərvərliyi onu elin dar günündə el obasının əziyyetini çəkməyə sövq etdi. Xocalıdan gələn ana-bacılara, ata və qardaş oldu.
Tam oxu
Xəbəri oxu