Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq. Qanlı yanvar hadisələrində dənizçilərimizin də əvəzsisz rolu olub.
Azadlığımız uğrunda onlar da canları bahasına mübarizə aparıblar.
Qanlı yanvar tarixinin şahidlərindən və zərərçəkənlərindən biri də gəmi kapitanı Hidayət Atakişiyev olub.
O, 90-cı illərdə ALATAU gəmisinə kapitanlıq edib. Şevçenko şəhərindən Bakıya ərzaq və material dalınca gəlib yenidən ora qayıdacaqdı.
Qanlı hadisələrin baş verdiyini görən Hidayət Atakişiyev və onunla yanaşı Bakı buxtasındakı digər gəmilərimiz dünyaya SOS siqnalını çatdırmalı olurlar.
2 il öncə düyasını dəyişən Hidayət Atakişiyevin oğlu Faiq Atakişiyev Moderator.az-a açıqlamasında atasının 20 yanvar hadisələri ilə bağlı xatirələrini bizimlə bölüşüb: “O hadisələri bir neçə kəlmə ilə sizlərə çatdırmaq çox çətindir.
Mənim yaşım az olsa da dənizçilərin yataqxanasında olanda orada baş verənlər, ordan keçən tanklar, dənizçilərin şücayəti, əmilərimin həftələrlə xəstəxanalarda, morqlarda atamı axtarmağı göz önümdədir.
Atamı Sovet hərbi gəmilərinin giriş-çıxışının qarşısını almaq üçün Bakı buxtasının bağlanmasında fəal iştirak etdiyinə, radio əlaqədə gəmilərlə danışıqlarına görə onu həbs edib Ulyanovskiyə etap etmişdilər.