“Atam heç bir yardım etmədi” Elman Nəsirovun qızı

13.11.2025

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Atam Elman Nəsirovla bağlı videomüraciətim gündəmə gəldikdən sonra hər hansı dəyişiklik olmadı”.

Tribunainfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirovun ilk nikahından olan qızı Laləzər Əliyeva (Nəsirova) deyib.

“Atam mənimlə maraqlanmadı, heç bir yardım etmədi. Bir dəfə məni telefonunun “qara siyahı”sından çıxardı. Əlaqə saxlamağa çalışanda yenidən bloka saldı. 26 ildir necədirsə, indi də eyni vəziyyətdir. Mənim sosial şəbəkədə olan videomüraciətim boşuna getdi”, – deyə deputatın qızı əlavə edib.

Qeyd edək ki, bir müddət öncə Laləzər Əliyeva (Nəsirova) sosial şəbəkədə çıxış edərək atasından gileylənmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью