Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Bir işıq" adlı dərs vəsaitində testlərdən biri narazılığa səbəb olub.
Yeniavaz.com “oxu.az”a istinadən xəbər verir ki, çoxlu sayda müəllimin bu vəsaitdən istifadə edərək şagirdləri 2-ci sinif üzrə kiçik summativ qiymətləndirmə (KSQ) hazırladığı bilirilir.
Narazılığa səbəb olan tapşırığın şərtində "Atam həyətdə … doğrayır" cümləsindəki üç nöqtənin yerini variant kimi verilmiş "odun" və "adam" sözlərindən biri ilə doldurmaq tələb olunur.
"Adam" variantı şagirdlərin şüuraltında qatil psixologiyasını formalaşdırmağa yaradığı üçün valideynlər bu tapşırığı birmənalı qarşılamayıblar. Bəs görəsən, Azərbaycan dilində başqa söz yoxdurmu? Niyə məhz "adam"?
Sözügedən test tapşırığının 114 saylı məktəbdə 1-ci sinif şagirdlərinə təqdim olunduğu bildirilir. Lakin bu vəsaiti çox sayda müəllim istifadə etdiyi üçün söhbətin geniş arealı əhatə etdiyi məlum olur.
"Bir işıq" adlı vəsaitin məsul şəxsi Samir Mətinov kitabda yer alan xətaya münasibət bildirib. S.Mətinov bildirib ki, oktyabr ayında bu kitabların hər biri satışdan yığışdırılıb və yeni nəşrdə bu yanlışlıq aradan qaldırılıb: "Hansısa mağaza və ya satıcı əlində kitabı saxlayıbsa, qaytarmayıbsa, bu, bizim günahımız deyil. Vəsaitləri hər il yeniləyirik. Özümüz səhvi gördüyümüz üçün kitabı yenilədik".