Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
"Saç ağartmaqdan qorxanlar var, gedib saçlarını qaraldırlar".
"Yeni Sabah" axşam.az-a istinadla xəbər verir ki, bunu Xalq artisti Nurəddin Mehdixanlı "Qonaqcanlı" proqramında deyib.
O əlavə edib: "Bu, mənim keçdiyim ömrümdür, yaşadığım hər günümdür. Yaşadığın həyat izini üzündə, boynunda, saçında qoyur. Əsas odur ki, özündən sonra nə qoyub gedəcəksən. Bu gün arzum ailəm, balalarım, nəvələrimlə bağlıdır. Onların əlindən tutub məktəbə aparım, evə gətirim. 70 yaşdan sonra ən böyük arzum budur". Dördpendirli pizza
Aktyor ata xeyir-duası almadığını bildirib: "Səhnəyə tək gəldim. Sonra atam məni qəbul etmədi. Dünyasını dəyişdi, amma mənimlə danışmadı. Çalışıram ki, ruhu mənimlə barışsın".