“Atam müəllimə dedi ki, xoşunuza gəlməsə, apararam”

09.11.2026

Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əməkdar artist Suğra Bağırzadə uşaqlıqda atasının ona qarşı xüsusilə tələbkar olduğunu açıqlayıb.

Axşam.az xəbər verir ki, sənətçi bu barədə “İncə səhər” verilişində danışıb. Sənətçi erkən yaşlarından oxumağı və yazmağı öyrəndiyini üçün valideyninin onu məktəbə bir il tez yazdırdığını bildirib:

“Uşaqlıqdan çox məsuliyyətli insan olmuşam. Ona görə ki, atam çox tələbkar idi. Anam isə yumşaq, xanım-xatun, hər bir işimizi yoluna qoyan, bizimlə söhbət edən çox gözəl qadın idi. Allah ona rəhmət eləsin. Atam isə evdə qız uşaqları çox olduğundan bizə qarşı daha həssas və tələbkar idi. Ən çox da mənə qarşı ciddi idi.

Mən sakit uşaq idim, dəcəl deyildim. Məktəbə də bir il tez getmişdim. Çünki oxumağı, yazmağı özüm öyrənmişdim. Atam məktəbə gedib müəllimə demişdi ki, "Bu qızı götürün, evdə özü yazır, oxuyur. Qoyun uşaqlarla otursun, xoşunuza gəlməsə, sonra apararam". Amma mən digər uşaqlardan yaxşı oxudum və sinifdə saxladılar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью