Atam xəbər göndərdi ki, soyadımı işlətmə FOTO | Icma.az
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyəli aktrisa Yonca Şahinbaş soyadını dəyişdirməsinin əsl səbəbini açıqlayıb.
Ölkə.Az xəbər verir ki, aktrisa yerli mətbuata açıqlamasında bildirib ki, “Asla vazgeçmem” serialında rol aldığı zaman anası ona zəng edərək atasının onun soyadından istifadə etməsini istəmədiyini deyib “Heç problem deyildi.
Dərhal prodüserə zəng etdim və ekranda görünən soyadımı dəyişdirdik. İnstaqram səhifəmdəki soyadımı da “Şahinbaş” olaraq dəyişdirdim.
Onsuz da “Cevher” soyadını atama jest üçün işlədirdim. Sırf ana-atadırlar deyə onları sevmək məcburiyyətindəyik?
Belə hiss etmədiyim üçün narahat olurdum. Sanki bəzi şeylər yolunda deyildi”.
O, psixoloji dəstək aldığını da bildirib: “Terapevtim dedi ki, qarşılıqlı sağlam münasibət yoxdursa, sevmək məcburiyyətində deyilsən.
Atamla heç vaxt çox güclü bağımız yox imiş kimi hiss edirəm. Buna görə də bir qırılmadan söz açmaq mümkün deyil. Hər şey özlüyündən oldu.
Tam oxu
Xəbəri oxu