“Atama adı və soyadı internatdakı müəllimi verib, ona atalıq edib” ÖZƏL | Icma.az
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır. “Bilirsiniz ki, atam internatda böyüyüb. O bu haqda bizə çox danışmazdı.
Çünki danışanda gözləri dolurdu, sanki o biri dünyanı görüb gəlirdi. Həmişə də deyirdi ki, siz çox bəxtəvər və xoşbəxt insansız.
Atanız da yanınızdadır, ananız da. Amma mən yazıq nə ata görmüşəm, nə də ki, ana.
Bu sözləri həqiqətən biz övladlarına da çox pis təsir edirdi.
Çalışırdıq ki, onun başını qataq, tək qoymayaq ki, nəsə pis bir şey düşünməsin.
Bəlkə də atam komediya aktyorluğunu elə bu səbəbdən seçmişdi ki, insanlara gülüş bəxş etsin.
Hər zaman kimsəsizlərə, tək-tənha yaşayan insanlara kömək edirdi.
Hətta bir-neçə kimsəsiz, ahıl qadının evini dostlarının köməyi ilə özü təmir etmişdi.
Tam oxu
Xəbəri oxu