Atamı ikinci dəfə evləndirdim

20.12.2024

Icma.az bildirir, Axsham.az portalına istinadən.

Bir müddət əvvəl anasını itirən müğənni Şəbnəm Tovuzlu atası Ələddinin ikinci dəfə evləndiyini deyib. 

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Qonaqcanlı" verilişində deyib. O bildirib ki, atasını özü evləndirib:

"Ölüncəyə qədər onun qulluğundayam. Yaxşı ki, varsan. Anam 5 ildir rəhmətə gedib. Atama nə qədər gözəl baxsa da, təkliyini hiss etdim. Onu Günəş xanımla evləndirdim. Atama gözəl baxır".

Qeyd edək ki, Ələddin Şəbnəmin doğma atası deyil. İfaçı 1 yaşında olarkən anasını itirib və onu xalası ilə həyat yoldaşı saxlayıb. Şəbnəm uzun illər onları doğma valideyn bildiyini deyib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью