Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. İnsult keçirən Xalq artisti Ənvər Həsənovun dili tutulub.
Bu barədə sənətçinin qızı Aytən Həsənova RTV-yə açıqlamasında bildirib: “Atam hazırda reanimasiyadadır. Müsbətə doğru dəyişiklik yoxdur.
Kəskin insult keçirib, ağır vəziyyətdədir. Özünü idarə edə bilmir. Danışığı yoxdur, dili tutulub.
Tanıma qabiliyyəti də yoxdur, məni belə tanımır”. Qeyd edək ki, yanvarın 10-da Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər
Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.
Yanvarın 18-də vəziyyəti stabilləşən Ə.Həsənov adıçəkilən tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülmüşdü.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.