Atamın kim olduğunu bilmirlər Hacıbaba Bağırovun qızı | Icma.az
Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq. "Hacıbaba Bağırovun qızı olmaq böyük qürur hissidir.
İnsanların atamın sənətinə verdiyi dəyəri görmək məni xoşbəxt edir. Atamın çəkildiyi kinolara baxanda çox duyğulanıram.
Bu, əslində mənim üçün bir az çətin olur. Buna görə də bir o qədər də baxa bilmirəm".
Axşam.az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Hacıbaba Bağırovun qızı Şölə Bağırova "ASAN TV"yə müsahibəsində deyib.
O, hazırda Türkiyədə təhsil aldığını bildirirb: "Hazırda Türiyədə Hacettepe Universitetində "Siyasi elmlər və dövlət idarəçiliyi" ixtisası üzrə təhsilimi bitimək üzərəyəm.
Əsas arzum gələcəkdə siyasətlə daha yaxında məşğul olmaq və cəmiyyətimizə fayda verməkdir.
Baxmayaraq ki, uşaqlıqdan ingilis, fransız dilini öyrənib, məktəbi rus dilində bitirib, daha sonra təhsilimi ərəb dili ilə davam etmişəm, hələ də üzərimdə işləməyə çalışıram.
Çünki bu, siyasətdə mənə çox lazım olacaq. Şölə yaxınlarına H.Bağırovun qızı olduğunu demədiyini, bunun böyük məsuliyyət olduğunu vurğulayıb
Tam oxu
Xəbəri oxu