Atamın sürdüyü tank minaya düşüb Video

15.09.2026

Icma.az, Axsham.az portalına istinadən məlumat verir.

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva Qarabağ səfərindən video paylaşıb.

Axşam.az xəbər verir ki, Aynişan atası Xalid Quliyevin döyüşdüyü və şəhid olduğu ərazilərə gedib. O, həmin anları əks etdirən görüntüləri sosial şəbəkə hesabında yayımlayıb.

Aynişan paylaşımında atası haqqında bunları yazıb:

“O, xüsusi təyinatlı tank sürücüsü idi və müharibəyə könüllü yollanmışdı. Döyüşlərin birində üç əsgər yoldaşını mühasirədən xilas edib. Geri qayıdarkən idarə etdiyi tank minaya düşüb və atam şəhidlik zirvəsinə ucalıb”.

View this post on Instagram

A post shared by Axşam.az (@axsamaz)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью