“Atamın vəziyyəti son dərəcə kritikdir” Xalq artistinin qızı

08.03.2025

Olay.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Atamın vəziyyəti son dərəcə kritikdir” - Xalq artistinin qızı

Xalq artisti Ənvər Həsənovun səhhəti daha da pisləşib.

Bunu 74 yaşlı sənətkarın qızı Aytən Həsənova OLAY-ın əməkdaşı ilə söhbətində deyib.

“Atamın dünəndən vəziyyəti daha da ağırlaşıb, son dərəcə kritikdir. Tamamilə hərəkət etmir, huşu da yerində deyil. Gecə saatlarında yenidən təcili tibbi yardım çağırmalı olduq. Həkimlər atamla bağlı üzücü və xoş olmayan proqnoz verdilər. Dualara ehtiyacımız var”, - deyə aktyorun qızı vurğulayıb. 

Qeyd edək ki, bir müddət öncə  Xalq artisti Ənvər Həsənovun səhhəti ağırlaşıb və Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə yerləşdirilib. Həkimlər ona insult diaqnozu  qoyub. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью