Atana de, oyunçu alsın Azarkeşdən Musa Qurbanlıya (VİDEO)

29.01.2026

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu turu çərçivəsində keçirilən "Liverpul" - "Qarabağ" matçında maraqlı anlar yaşanıb.

"Unikal"ın məlumatına görə, "Enfild" stadionunda baş tutan oyunda azarkeşlər arasında matçı izləyən həmyerlimiz "Qarabağ"ın hücumçusu, baş məşqçi Qurban Qurbanovun oğlu Musa Qurbanlıya səslənib. 

O, komandaya yeni transferlərin edilməsini istədiyini bildirib: "Musa, atana de, oyunçu alsın. Başqana de, pul xərcləsin, transfer etsin", - deyə azarkeş əlavə edib.

Qeyd edək ki, matç "Liverpul"un 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Təmsilçimiz "Qarabağ" isə Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib.

Murad İbrahimli



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью