Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Türkiyədə kişi azyaşlı oğlunun yanında qətlə yetirilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Konyanın Hüyük qəsəbəsində baş verib.
38 yaşlı Mustafa Vurulmaz 7 yaşlı oğlu ilə birgə tarladan 3 təkərli velosipedi ilə evə qayıdırmış.
Bu zaman aralarında ədavət olan Əmrə, Məhəmməd və Adəm adlı 3 qardaş avtomobillə onların arxasınca düşərək, velosipedə çırpılıblar.
Nəticədə Mustafa Vurulmaz və oğlu velosipeddən yıxılıblar. Bundan sonra tərəflər arasında dava düşüb.
3 qardaş əvvəlcə Vurulmazı azyaşlı oğlunun gözü önündə döyüblər. Sonra isə tapança ilə güllələyərək, öldürüblər.
Cinayətkar qardaşlar polis tərəfindən saxlanılıb, araşdırma aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.